Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İctimai Səhiyyə İslahatlar Mərkəzinin (İSİM) dəstəyi ilə Avropa-Asiya Mama-ginekoloqlar Dərnəyinin Bakıda keçirilmiş birinci konqresində Azərbaycan, Türkiyə, Gürcüstan, Polşa və Ukraynadan olan mütəxəssislər canlı və onlayn məruzələrlə öz bilik və bacarıqlarını bölüşmüşlər.
Ə.Əliyev adına Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mamalıq və ginekologiya kafedrasının müdiri professor Leyla Rzaquliyeva konqresin bir neçə panelində sədr kimi iştirak etmiş, kafedranın baş laborantı Günel Əfəndiyeva isə “Postpartum qanaxma: Medikamentoz aspektlər” adlı aktual mövzuya həsr olunmuş məruzə ilə çıxış etmişdir. Konqresdə mamalıq və ginekologiyanın aktual problemləri müzakirə olunmuş, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi yolları araşdırılmışdır. Tədbir ölkə mütəxəssisləri tərəfindən maraqla qarşılanmışdır.