“Vərəmin erkən aşkarlanması, profilaktikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda seminar keçirilmişdir
08.10.2022
Ə.Əliyev Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ftiziatriya kafedrası “Vərəmin erkən aşkarlanması, profilaktikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda pofessor E.Məmmədbəyov, professor Y.Şıxəliyev və t.ü.f.d. L.Kazımovanın iştirakı ilə seminar keçirmişdir.
Seminarda vərəmin erkən aşkarlanması, profilaktikası, əhali arasında xəstəliyin aktiv və passiv aşkarlanması və bu göstəricilərin xəstələnmənin intensivlik səviyyəsinə təsiri, hal hazırda dünyadakı epidemioloji gərginlik, dərmana davamlı formaların yayılması mövzuları haqqında məlumatlar verilmiş, müzakirələr aparılmışdır. Vərəmin müalicəsində bakterioloji müayinənin rolu və onun müalicənin effektliyinə təsiri, müasir müalicə sxemləri haqqında da geniş izahat verilmişdir.
Seminarda Bakı şəhərinin müxtəlif dispanser və xəstəxanalarından 32 həkim iştirak etmişdir.