Parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı Azərbaycan dilində tərtib edilmişdir

31.01.2022

Parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı 9-11 noyabr 2017-ci il tarixində ABŞ-ın Çikaqo şəhərində Amerika Parodontologiya Akademiyası və Avropa Parodontologiya Federasiyasının birgə təşkilatçılığı və dünyanın müxtəlif ölkələrinin ekspertlərinin iştirakı ilə keçirilmiş Ümumdünya Parodontologiya qurultayında təsdiq olunmuşdur. Bununla da son illərdə klinik praktikada və tədrisdə geniş istifadə olunan parodont xəstəliklərinin 1999-cu ildə qəbul olunmuş Amerika Parodontologiya Akademiyasının təsnifatı tam yenilənmiş və bu təsnifata peri-implant xəstəlikləri haqqında xüsusi bölmə ilk dəfə əlavə olunmuşdur. Həmçinin diş əti xəstəliklərinin erkən aşkarlanması, aparılan parodontoloji müalicənin təhlili və parodontun sağlamlıq vəziyyətinin uzun müddətli təmin olunması məqsədi ilə alimlərə və praktik həkimlərə yeni təsnifatdan istifadə etməsində yardımçı ola bilmək üçün müvafiq klinik hallar və diaqnostik meyarlar da təqdim edilmişdir. Yeni təsnifat müasir parodontologiyanın "Parodont və peri-implant xəstəliklərinin yeni beynəlxalq təsnifatı", "Diş əti xəstəlikləri və patologiyalar", "Parodont xəstəlikləri", "Parodontu dəstəkləyən toxumalara təsir edən sistem xəstəlikləri və patologiyalar" və "Peri-implant xəstəliklər və patologiyalar" bölmələrini əhatə edir və ağız boşluğu sağlamlığı mütəxəssisləri, rezidentlər və tələbələrin istifadəsi üçün nəzərdə tutulur.
Parodont və peri-implant xəstəliklərinin yeni təsnifatı Avropa Parodontologiya Federasiyasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi, Azərbaycan Parodontologiya Cəmiyyətinin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun və Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən Azərbaycan dilində tərtib edilərək toplam 5 ədəd elmi məqalə şəklində çap edilmişdir (https://www.perio.az/periotesnifat).



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX