ÜST-nin Qiymətləndirmə Missiyası ilə Ə.Əliyev adına ADHTİ-da görüş keçirildi
21.09.2022
Sentyabrın 19-dan 23-dək ölkəmizdə işgüzar səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qiymətləndirmə Missiyasının nümayəndə heyəti ilə Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görüş keçirilmişdir.
Qonaqları salamlayan institutun rektoru professor Nazim Qasımov qeyd etmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə olan qarşılıqlı əməkdaşlıq şəraitində ölkəmizdə mühüm işlər görülmüş, uğurlu layihələr həyata keçirilmişdir. Təşkilatın Azərbaycan üzrə nümayəndəliyi respublikamızda səhiyyənin təkmilləşdirilməsi işində Səhiyyə Nazirliyi və yerli icra strukturları ilə birgə fəaliyyət göstərmişdir.
Görüşdə ÜST-nin Avropa ofisi və Azərbaycan üzrə nümayəndəliyinin səhiyyədə insan resursları , ilkin səhiyyə xidməti , tibb bacısı siyasəti və xəstəxanalar istiqamətində gördüyü işlər haqqında fikir mübadiləsi aparılmışdır.
Qonaqlar institutda aparılan tədris,elmi və kliniki işlərlə yaxından tanış olmuş,tədris bazasının fəaliyyətini izləmişlər. ÜST-nin Qiymətləndirmə Missiyası ölkəmizin başqa aparıcı tədris və müalicə müəsssisələri ilə də tanış olacaqdır.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.