“Hamiləlikdə ürək xəstəlikləri” beynəlxalq konfransı keçirilmişdir
19.09.2022
17 sentyabr 2022-ci il tarixində Bakıda “Azərbaycan Kardiologiya Cəmiyyəti”, “Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti”,
”Academy of Nutrition, Dietics and Obesity Prevention” və “Ginekologiya və Perinatalogiyanın İnkişafına Dəstək İştimayi Birliyi”nin birgə təşkilatçılığı ilə “Hamiləlikdə ürək xəstəlikləri” beynalxalq konfransı keçirilmişdir. Konfransın təşkilində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri professor F.Ə.Quliyev və dosenti K.X.Zahidova da iştirak etmişlər. Konfransda İstanbul Sağlık Bilimleri Üniversitesi kardiologiya kafedrasından dosent Gamze Babur Güler “Qapaq xəstəlikləri və hamiləlik”, Acıbadem Atakent xəstəxanasından professor Mehmet Aytac Yüksel “Fetal kardiak patologiyalar”, Caspian İnternational Hospitaldan ginekoloq Aytən Səfərova “Hamiləlik zamanı arterial hipertenziyanın idarə olması” məruzələri ilə çıxış etmişlər. Professor F.Ə. Quliyev “Hamiləlik zamanı düzgün dərman seçiminin edilməsi” mövzusunda aparılmış müzakirələrdə çıxış etmiş, dosent K.X. Zahidova “Hamiləlikdə təngənəfəslik - səbəb və idarəetmə” oturumunun sədri olmuşdur.
Konfransda 300 həkim kardioloq, ginekoloq, reanimatoloq və diyetoloqlar iştirak etmişlər.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.