Əməkdaşlarımız "Cardiovascular Diseases" kitabının həmmüəllifidirlər

12.07.2022

Londanda David C.Gazenin rəhbərliyi altında "Cardiovascular Diseases" kitabı çapa hazırlanmışdır. Təbabətin ən aktual problemlərindən birinə çevrilmiş diabet və prediabetin, həmçinin ürək çatışmazlığının yayılması, onların komorbidliyi, diaqnostikası və müalicəsi zamanı yeni prinsiplər bu ədəbiyyatda öz əksini tapmışdır. Həmin kitabda fəsillərdən biri şəkərli diabet tip 2, prediabet və xroniki ürək çatışmazlığına həsr olunmuşdur.Göstərilən fəsil Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının əməkdaşları V.A. Mirzəzadə, S.S.Sultanova, N.R.İsmayilova, A.R.Hüseynova, G.S.Nurməmmədova, S.M.İsmayilova, A.Z.Əliyeva tərəfindən yazilmişdır. Fəsildə diabet və prediabetli şəxslərdə ürək çatışmazlığının xüsusiyyətləri və idarə olunması, həmçinin əksinə ürək çatışmazlığı olan xəstələrdə diabet və prediabetin idarə olunması təsvir olunmuşdur. Burada terapiya kafedrasında aparılmış çoxsaylı tədqiqatların nəticələri də öz əksini tapmışdır. Kafedranın müdiri professor Valeh Mirzəzadənin adına göndərilmiş minnətdarlıq məktubunda bu məlumatların oxucular üçün maraqlı olacağı qeyd edilmişdir.




ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX