Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının təşəbbüsü ilə kurs keçirilmişdir
02.07.2022
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun psixiatriya və narkologiya kafedrasında 2021/2022-ci tədris ilində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının təşəbbüsü ilə psixiatrik yardımın göstərilməsinin yaxşılaşdırılması məqsədilə penetensiar sistemində çalişan həkimlərin təkmilləşdirilməsi və onların potensialların inkişaf etdirilməsi (capacity building) üçün təkmilləşdirilmə kursları keçirilir. Növbəti "Psixiatriya" mövzusunda kurs 20.06.22-01.07.22-ci il tarixində keçirilmişdir. Kursda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi sistemində çalişan 11 həkim psixiatr və narkoloq iştirak etmişdir. Müdavimlərə müxtəlif yaş dövrlərində psixoaktiv maddələrdən asılılığın xüsusiyyətləri haqqında ətraflı məlumat verilmiş və bu asılılığın müalicəsi və reabilitasiyası yolları göstərilmişdir.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.