“Təlimçilər üçün təlim” adlı kurs keçirildi

02.07.2022

2021-ci ildən başlayaraq ÜST Azərbaycan nümayəndəliyi tərəfindən ölkədə tibbi tədris proqramlarının beynəlxalq təcrübəyə uyğunlaşdirilması istiqamətində tədbirlər həyata keçirilir. Həmin tədbirlərdən biri 22.06-01.07.2022-ci il tarixində Ə.Əliyev adına ADHTİ-də kafedraların kuratorları üçün “Təlimçilər üçün təlim” adlı kurs formatında təşkil olunmuşdur. Təlim iştirakçılarına tibbi tədris prosesində istifadə edilən üsul və yanaşmalar, tədris planlarının hazırlanması və istifadə edilən vəsaitlər barədə geniş məlumatlar təqdim edilmişdir.
Təlimin açılışında ÜST Azərbaycan Nümayəndəliyinin beynəlxalq eksperti professor İbrahim Durak çıxış edərək, Azərbaycanda tibbi tədris proqramlarının yeniləşmə prosesinə start verildiyini açıqlamışdır. Kursun xüsusi proqram çərçivəsində həyata keçirilməsi üçün Türkiyə və yerli mütəxəssislərin cəlb olunmasını xüsusi qeyd edən professor bu təlimin iştirakçılar və gələcəkdə institut üçün böyük xeyir verəcəyini səsləndirdi.
Təlimin 1-ci günündə ümumi öyrənmək üsulları və bacarıqlara dair məlumatlar təqdim edildi. İştirakçılar arasında onların öz öyrənmə bacarıqlarını qiymətləndirmək üçün praktiki məşğələ VARK (V-vizual, A-audio, R-oxuyaraq/yazaraq, K-fiziki hərəkət etməklə-kinesthetic) anketinin yazılması keçirildi. Bu tapşırıq iştirakçılara özlərinin öyrənmə strategiyalarını müəyyən etmək imkanı verdi. VARK anketin istifadəsi tədris prosesində öyrənmə üsullarından biri kimi göstərildi. Bununla yanaşı kurs iştirakçılarına təlimçinin rolu və vəzifələrinə dair məlumatlar təqdim edildi. Təhsil proqramlarının hazırlanması əsasları və prinsipləri ayrı bir sessiyada təlim iştirakçılarına nümayiş edildi. Bu sessiyada iştirakçılar təlim proqramlarının hazırlanmasında üçüncü addım olan məqsəd və vəzifələrin müəyyən edilməsinə dair bilik və bacarıqları əldə etdilər. Burada kurrikulumun hazırlanmasında məqsəd və hədəflərin müəyyən edilməsinə aid olan: tədris proqramı məzmunun müəyyən edilməsi, uyğyn tədris metodun seçilməsi, tələbə və proqramın müvafiq qiymətləndirilməsi, proqramın effektivliyini nümayiş etdirməyə kömək edilməsinə dair məlumatlar izahlı şəkildə təqdim edildi. İştirakçılara təhsil hədəflərinin yazılması, kriteriya əsasında məqsəd yazma, hədəflərin mərhələləri və s. açıqlayan materiallar paylanıldı.
Təlimin 2-ci günü tədris hədəflərinin müəyyən edilməsinə həsr edildi. Burada iştirakçılara kiçik və böyük qruplarda tədrisin neçə təşkil edilməsi barədə geniş məlumatlar çatdırıldı. İstifadə olunan öyrətmə texnikaları nümayiş edildi. Bununla bağlı, təlim iştirakçılarını kiçik qruplara ayıraraq öyrənmə hədəflərini müəyyən edilməsi tapşırığı verildi.
Təlimin 3-cü günü effektiv təqdimatların hazırlanmasına həsr edildi. Burada tədrisdə mühazirə, seminarlar, təlimlərdə yer alan məlumatların auditoriyada iştirakçıların sayına uyğun təqdimatların hazırlanması qaydaları barədə misalların nümayişi ilə geniş məlumatlar təqdim olundu. Təqdimatların hazırlanmasında internetdən www.kahoot.google istifadə qaydaları nümayiş edildi. Bacarıqların öyrənilməsi təliminin necə olması, effektiv rəylərin verilməsi, demonstrasiya və məşqçilik metodları da nümayiş edildi. Bununla yanaşı, klinikada tədrisi necə təşkil etmək barəsində məlumatlar da təqdim edildi. Burada bilik, bacarıq və professionallığa sahib olmaq, öyrənmə hədəflərini müəyyən etmək və tədris planlarının hazırlanması barədə də qeyd olundu.
Bu mövzu təlimin 4-cü gününün birinci sessiyasında da izah edildi. Qeyd edildi ki, həyata keçirilən tədris planında aşağıdakı addımlar öz əksini tapmalıdır: tələbələrin müəyyənləşdirilməsi, öyrənmə hədəfləri məzmunun əhatəsi, təlim üsulları, tətbiq (vasitə və avadanlıq), ölçmə və qiymətləndirmə, proqramın qiymətləndirilməsi. Müxtəlif spesifikasiyaya uyğun yəni kimdən, hansı dövrdə, nəyi, nə qədər, nə etməsi gözlənilməsinə dair öyrənmə hədəfləri barədə çıxışlar edildi və iştirakçılara bu məlumatları özündə əks etdirən materiallar paylanıldı. Tədris planının yazılmasına dair xüsusi təqdimat göstərildi və bir tədris planının yazılmasına dair hər bir iştirakçıya tapşırıq verildi. Bu tapşırığın videoçəkilişini edib, kursun sonunda iştirakçılarla birgə müzakirə edilməsi nəzərdə tutulurdu. Ayrı bir təqdimatda yazılı imtahan üsulu barəsində məlumatlar verildi.
Təlimin 5-ci günündə çox seçimli suallar, çox seçimli suallarla olan imtahanların analizi, perfomansı necə qiymətləndirmək, bununla yanaşı simulyasiya tətbiqləri və digər üsullar barədə geniş təqdimatlar edildi.
Təlimin son iki günü iştirakçıların hazırladığı tədris planları təlimçiyə yazılı şəkildə təqdim olundu və bu tədrisin videoçəkilişləri təşkil edildi. Kursun son günü bu videoçəkilişlər həm ekspert (təlimatçı), həm də iştirakçılar tərəfindən qiymətləndirildi. Belə bir formatda iştirakçılara kənardan özlərinin seçdikləri mövzunu (xəstənin müayinəsi, laborator göstəricilərinin təhlili, uşaq inkişafının monitorinqi və s.) və tədris planına uyğun tətbiqi izləmək, ona rəy vermək, nəyi yaxşı etdi və gələcəkdə bu işi daha yaxşı etmək üçün necə hazırlanmasına dair fikir səsləndirməyə imkanı yaradıldı. Sonda iştirakçılar təlimi keçirən yüksək səviyyəli peşəkar mütəxəssislərə, kursun təşkili üçün Ə.Əliyev adına ADHTİ rəhbərliyinə təşəkkürlərini bildirdilər. Onlar təlimdə əldə edilən bilik və bacarıqlarını öz fəaliyyətlərində istifadə edib, ümumilikdə institutda tədrisinin yenilənməsinə kömək edəcəklərini səsləndirdilər. Axırda təlim iştirakçılarına müvafiq sertifikatlar təqdim olundu.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX