Əməkdaşımız Kopenhagen şəhərində EuroPerio10 beynəlxalq parodontologiya konfransında iştirak etmişdir
25.06.2022
15-18 iyun 2022-ci il tarixlərində Danimarkanın paytaxtı Kopenhagen şəhərində Avropa Parodontologiya Federasiyasının təşkilatcılığı ilə EuroPerio10 10-cu beynəlxalq parodontologiya konfransı keçirilmişdir. 100-dən çox ölkədən 7200-ə yaxın nümayəndənin iştirak etdiyi, 130-dan çox məruzəçisi və 41 sessiyadan ibarət elmi programı olan dünya nüfuzlu konfransında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli iştirak etmişdir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının və İstanbul Altınbaş Üniversitesinin parodontologiya kafedrası ilə birqə yerinə yetirilmiş “İmplant ətrafı toxumaların iltihabi xəstəliklərinin müalicəsində hialuron turşusu və xlorheksidin tərkibli antiseptik vasitələrin klinik və mikrobioloji qiymətləndirilməsi (Clinical and microbiological effects of hyaluronic acid and chlorhexidine mouthrinse in the treatment of peri-implant mucositis)” adlı tədqiqatın nəticələri Cavid Əhmədbəyli tərəfindən bu konfransda poster müzakirəsi şəklində təqdim olunmuşdur.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.