“Meymun çiçəyi” infeksiyası mövzusunda vebinar keçirilmişdir

20.06.2022

Artıq dünyanın bir çox ölkələrindən “meymun çiçəyi” infeksiyasının yayılması haqqında məlumatlar gəlir. Avropa ölkələrində qeydə alınan “meymun çiçəyi” ilə bağlı vəziyyətlə əlaqədar isə Ümumdünya Səhiyyə Təşkilatı artıq ekspertlərin fövqəladə toplantısını çağırmış və həmin görüşdə xəstəliyin ötürülməsi yolları, eləcə də vaksinlərlə bağlı vəziyyət müzakirə edilmişdir. Qeyd edilmişdir ki, hələlik “meymun çiçəyi” epidemiyası ehtimalına dair heç bir dəlil yoxdur və hesab olunur ki, bu virusun insandan insana ötürülməsi onu insan populyasiyasında saxlamaq üçün kifayət etmir. Amma COVİD-19 infeksiyası ilə bağlı mənfi təcrübəni nəzərə alaraq indiki halda gələcək hadisələrə hazır olmaq səhiyyə təşkilatlarının birbaşa vəzifəsidir. Ölkəmizdə də bu çağırışlar eşidilib və həmin istiqamətdə işlər görülməyə başlanmışdır. Keçən həftə TƏBİB-in Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əməkdaşlığı ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun yoluxucu xəstəliklər və mikrobiologiya və epidemiologiya kafedraları tərəfindən birgə keçirdikləri vebinarı da bu işlərin tərkib hissəsi saymaq olar. Vebinarda Səhiyyə Nazirliyinin eksperti, institutun yoluxucu xəstəliklər kafedrasının müdiri dosent Təyyar Eyvazov, mikrobiologiya və epidemiologiya kafedrasının müdiri Nigar Mütəlibova çıxış etmiş, xəstəliyin yayılma yolları, diaqnostikası, müalicəsi haqqında geniş məlumat vermişlər.
Vebinarda ölkəmizin müxtəlif səhiyyə müəssisələrində çalışan terapevt, pediatr, ailə həkimi, infeksionist, dermatoveneroloq və təcili tibbi yardım həkimləri iştirak etmışlər.




ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX