“Ürək çatışmazlığında yeniliklər” konqresı keçirilmişdir

06.06.2022

03.06.-04.06.2022-ci il tarixində Bakıda beynalxalq “Ürək çatışmazlığında yeniliklər” konqresı keçirilmişdir. Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konqresin təşkilat komitəsinə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının əməkdaşları professor F.Ə. Quliyev, professor T. Ş. Cahangirov, dosent K.X. Zahidova da daxil idilər. Konqresdə 200 həkim-kardioloq iştirak etmişdir.
Konqresdə Azərbaycan, Türkiyə, İtaliya və Portuqaliya alimləri ilə yanaşı professor T. Ş. Cahangirov “Saxlanılmış AF iə ürək çatışmazlığı”, dosent K.X. Zahidova “Ürək çatışmazlığında dəmir defisitli anemiyanın rolu”, kardiologiya kafedrasının hal-hazırda müdavimi, C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya institutunun əməkdaşı M.Bağırorv “Ürək çatışmazlığında hormonlar və modulyatorlar” mövzusunda məruzələrlə çıxış etmişlər. Ürəyin amiloidozu, perikarditlər zamanı exokardioqrafik müayinələr və s. mövzulu məruzələr də iştirakçılar arasında maraq doğurmuşdur.




ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX