“Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar” mövzusunda seminar keçirilmişdir
27.05.2022
25.05.2022 – 26.05.2022-ci il tarixində Azərbaycan Respublikasi İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in dəstəyi ilə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda “Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar” mövzusunda seminar keçirilmişdir. Seminarda Bakı şəhərinin müxtəlif dispanser və xəstəxanalarında çalışan 40 nəfər həkim-ftiziatr iştirak etmişdir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ftiziairiya kafedrasının əməkdaşlarının da iştirak etdiyi bu tədbirdə professor Yavər Şıxəliyev vərəmin erkən aşkarlanması, profilaktikası, əhali arasında xəstəliyin aktiv və passiv aşkarlanması və bu göstəricilərin xəstələnmənin intensiv səviyyəsinə təsiri haqqında mətuzə ilə çıxış etmişdir. Məruzə ətrafında geniş müzakırələr aparılmışdır.