Əməkdaşlarımız Azərbaycan Radioloqlarının II-ci Elmi-Praktik Konfransında çıxış etdilər

16.05.2022

14 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı, eləcə də “Bayer” şirkətinin əməkdaşlığı ilə Azərbaycan Radioloqlarının II-ci Elmi-Praktik Konfransı həyata keçirildi. Konfransda 400-ədək iştirakçı distant, 50 nəfər mütəxəssis əyani iştirak etdi.Bu konfransda ölkə radioloqları ilə yanaşı Türkiyə Cümhuriyyətindən olan tanınmış mütəxəssislər də çıxış etmişdirlər.
Ə.Əliyev adına ADHTİ-nun şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının əməkdaşları dosent Nuriyeva Arzu və mühazirəçi müəllimlər Alışev Nicat, Mirzəyev Aydın, Azər Fərəc konfransda apardıqları elmi-tədqiqat işlərinin nəticələrini təqdim etdilər. Alışev Nicatın “Dərin venoz tromboz: endovaskulyar müalicələr”, Mirzəyev Aydının “Dağınıq skleroz zamanı baş-beyinin maqnit rezonans tomoqrafik morfometriyasının diaqnostik və proqnostik meyarları”, Azər Fərəcin “Çox nadir fetal aorta qövsü anomaliyası” adlı məruzələri maraqla qarşılandı.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX