“Hemofiliyanın müasir müalicə üsulları” mövzusunda vebinar keçirilmişdir

14.05.2022

13.05.22-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasının moderatorluğu ilə Qazaxıstan, Özbəkistan, Belarusdan olan mütəxəssislərin iştirakı ilə “Hemofiliyanın müasir müalicə üsulları” mövzusunda vebinar keçirilmişdir.
Vebinarda hematologiya kafedrasının müdiri dosent Elmira Qədimova, assistent Günel Əlizadə məruzələrlə çıxış etmişlər, Xarici ölkələrdən onlayn formatda vebinara qoşulmuş hemofiliya üzrə aparıcı mütəxəssislər ilə interaktiv fikir mübadiləsi aparılmışdır. Hemofiliya xəstəliyinin müalicəsində istifadə olunan son nəsil dərialtı preparatların (Hemlibra) işlədilməsində təcrübəsi olan əməkdaşlar öz nəticələrini vebinar iştirakçılarına təqdim etdilər. Preparatın istifadə qaydaları, göstəriş, əks göstərişləri haqqında geniş müzakirələr aparıldı. Vebinarda Akademik M.Mirqasımov adına RKX və Elmi-praktik Hemofiliya Mərkəzinin əməkdaşları da iştirak etdilər.
Azərbaycanda ilk dəfə Elmi-praktik Hemofiliya Mərkəzində istifadəsi nəzərdə tutulan dərialti preparatların tətbiqindən öncə bu vebinarın keçirilməsi olduqca əhəmiyyətli və informativ oldu.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX