Beynəlxalq Diş Əti Sağlamlığı Günü qeyd edildi

13.05.2022

Ölkəmizdə 12 may 2022-ci il tarixində Avropa Parodontologiya Federasiyasının təşəbbüsü, Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Diş ətinizi müalicə edin” şüarı altında Beynəlxalq Diş Əti Sağlamlığı Günü kimi qeyd olunur. Bu günün məqsədi gingivit, parodontit, peri-implant mukozit və peri-implantit kimi diş əti xəstəliklərinin həm ağız boşluğunda, həm də ümumi sağlamlığa zərərli təsirləri, bu kimi xəstəliklərinin qarşısının alınması, erkən aşkarlanması və müalicəsinin vacibliyi haqqında ictimai məlumatlılığın artırılmasıdır. Diş əti xəstəlikləri müalicə edilmədiyi halda dişlərin və implantların itkisinə səbəb olaraq insanlarda düzgün qidalanma çətinliyi, nitq qüsuru, özünə inamın azalması və həyat keyfiyyətinin aşağı düşməsi ilə nəticələnən qeyri-yoluxucu xroniki iltihabi xəstəliklərdir. Baxmayaraq ki, diş əti xəstəlikləri ilə ürək-damar xəstəlikləri, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hamiləlik ağırlaşmaları, revmatoid artrit, Alzheimer xəstəliyi, erektil disfunksiya, xərçəngin bəzi növləri və Covid-19-un fəsadlarının ağırlaşmasına səbəb ola biləcəyini təsdiq edən müxtəlif elmi tədqiqatlar mövcuddur, diş əti xəstəliyi ictimaiyyət tərəfindən hələ də az tanınır. Bu səbəblə, diş əti xəstəliklərinin profilaktikası və effektiv müalicəsi təkcə ağız boşluğu sağlamlığı üçün deyil, bütün orqanizm üçün böyük əhəmiyyət kəsb edir.
2022-ci ildə Diş əti Sağlamlığı Gününün əsas yenilikləri Avropa Parodontologiya Federasiyası saytında Federasiya tərəfindən nəşr olunan diş əti xəstəliklərinin müalicəsi üzrə EFP Clinical Practice Guidelines yeni beynəlxalq klinik rəhbərliklərin həkimlərə əlçatan olması və xüsusi hazırlanmış Gum Health Day Campaign Builder programı vasitəsi ilə həkimlər və ictimaiyyət tərəfindən bir sıra qrafik şablonların və Azərbaycan dilində ifadələr əsasında şəxsi logoları da əlavə edərək bu günə həsr olunmuş maarifləndirmə posterlərinin fərdi qaydada tərtib edərək paylaşma imkanıdır. Həmçinin, Avropa Parodontologiya Federasiyası Diş Əti Sağlamlığı Günü çərçivəsində ölkəmizdə fəaliyyət göstərən parodontoloqları, stomatoloqları, elmi tədqiqatçıları və diğər tibb mütəxəssislərini Federasiyanın diş əti xəstəliklərinin qarşısının alınması, erkən aşkarlanması və müalicəsi üzrə beynəlxalq fəaliyyətə çağırış haqqında EFP Manifesto: Perio and General Health Bəyannaməsinin imzalanmasını ilə indiyə qədər bu sənədi dəstəkləyən 1200-dən çox mütəxəssisə, tibb mərkəzlərinə, şirkətlərə, təhsil qurumlarını və ictimai səhiyyə təşkilatlarına qoşulmağa dəvət edir.
Bu gün ilə əlaqədar olaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda və Azərbaycan Tibb Universitetində seminarlar, klinikalarda ödənişsiz diş əti müayinə günləri və Azərbaycan dilində tərtib olunan maarifləndirmə posterlərinin Azərbaycan Parodontologiya Cəmiyyətinin rəsmi saytında və sosial şəbəkələrində paylaşılması kimi müxtəlif tədbirlər həyata keçirilir. 12 may tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən seminarda Davamlı Tibbi Təhsil kurslarında iştirak edən həkim-stomatoloqlara və rezidentlərə İnstitutun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli tərəfindən “Diş əti sağlamlığı, diş əti xəstəliklərinin müasir diaqnostikası və müalicəsi” mövzusunda məruzələr oxundu.

Ətraflı:
https://www.perio.az/disetisaglamligigunu
https://www.efp.org/gum-disease-general-health/gum-health-day/



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX