6-7 may 2022-ci il tarixində Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin (AQİEC), Səhiyyə Nazirliyi, TƏBİB və Milli Onkolojı Mərkəzin birgə təşkilatçılığı ilə I Qastroenterolojı Simpozium keçirilmişdir. Simpoziumun açılış hissəsində Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin sədri Dr. Fərid Quliyev, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva (elmi komitənin sədri), Koç Universitesi Hastanesinin professoru Fatih Aslan, Qazi Universitesi Tip Fakultesi Gastroenteroloji bölümünün rəhbəri professor Mehmet İbiş (simpoziumun sədri) çıxış etdilər, tədbirin məhiyyəti, məqsədi və vəzifələri haqqında məlumat ilə bölüşdülər. Rəsmi açılış hissəsindən sonra konfrans öz işini panellər formatında davam etdirdi. Panellərdə Azərbaycan, Türkiyə, Qazaxıstan, İsveçrənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış məruzələr dinləndi. 6 may tarixində simpozium ”Pankreatologiyada aktual suallar”, 7 may tarixində isə “Qida borusu xəstəlikləri“ mövzularına həsr olunmuş idi.