“Hamiləlikdə genital və ekstragenital xəstəliklər” beynəlxalq elmi konqresi keçirilmişdir

06.05.2022

5 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də “EGİS Pharmaceuticals PLC”, “Eva Farm” və “Gedeon Richter” şirkətlərinin əməkdaşlığı ilə 5 may Beynəlxalq mama gününə həsr edilmiş "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konqres keçirilmişdir.
Bir çox dövlət qurumlarının və beynəlxalq təşkilatların rəsmi nümayəndələrinin, eləcə də Bakı şəhərinin və regionların dövlət və özəl tibb müəssisələrində çalışan həkim və mamaların iştirak etdiyi konqresin açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova, Səhiyyə Nazirinin müavini professor İlqar Qasımov, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin direktoru professor Cəmilə Qurbanova və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun mama-ginekoloqu professor Ahmet Cem İyibozkurt da çıxış etdilər.
Konqresin işində Ə.Əliyev adına ADHTİ-nin rektoru professor Nazim Qasımovun rəhbərliyi ilə institutun nümayəndə heyəti də iştirak etmişdir. Rəsmi açılış hissəsindən sonra konfrans öz işini panellər formatında davam etdirdi. Ə.Əliyev adına ADHTİ-nin mamalıq və ginekologiya kafedrasının müdiri professor Leyla Rzaquliyeva panellərdən birinin rəhbəri oldu. Ümumilikdə konqresdə “Antenatal xidmət və hamiləlikdə ürək xəstəlikləri”, “Hamiləlik və daxili xəstəliklər”, “Hamiləlikdə endokrin, qan xəstəlikləri və psixi status”, “Hamiləlikdə infeksiyalar və cərrahi patologiyalar” başlıqlı 4 paneldə Azərbaycan, Türkiyə və Böyük Britaniyanın yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış 16 məruzə dinlənildi. İnstitutun mamalıq və ginekologiya kafedrasının dosenti Samirə Əkəpərbəyova “Hamiləlik zamanı qan xəstəliklərinin dölə təsirinin öyrənilməsi” mövzusu ilə çıxış etmişdir. Məruzədə hamiləlik dövründə müxtəlif qan xəstəliklərinin dölə təsiri və onların qarşısını almaq yolları haqqında məlumat verilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX