“B12 vitamin çatışmazlığı” mövzusunda konfrans keçirilmişdir

08.04.2022

6 aprel 2022-ci il tarixində Bakı şəhərində “B12 vitamin çatışmazlığı” mövzusuna həsr olunmuş konfrans keçirilmişdir. Konfransı sədr, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, t.e.d. Valeh Mirzəzadə açdı.
Konfransın qonağı İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin endokrinologiya kafedrasının müdiri, professor Yelena Giorqadze B12 vitamin çatışmazlığının səbəblərini, risk qruplarını açıqlayaraq, bu patologiyanın korreksiya üsullarını təqdim etdi. Bundan başqa konfransda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının əməkdaşları Aygün Hüseynova və Sevil İsmayılova da çıxış etdilər. Onlar öz çıxışlarında B12 vitamin çatışmazlığına dair praktikada rast gəlinən maraqlı klinik müşahidələri təqdim etdilər.
Sonda bu kliniki hallar ətraflı müzakirə olundu və həkimlər tərəfindən çoxsaylı suallar verildi. Həmin suallar konfransın qonağı və terapiya kafedrasının əməkdaşları tərəfindən cavablandırıldılar.




ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX