Ümumdünya Sağlamlıq Günü qeyd edildi

08.04.2022

Hər il dünyada 7 Aprel Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən hər il qarşısı alına bilən ekoloji səbəblər üzündən dünyada 13 milyondan çox ölüm baş verir. Buraya bəşəriyyətin üzləşdiyi ən böyük sağlamlıq təhlükəsi olan iqlim böhranı da daxildir. İqlim böhranı həm də sağlamlıq böhranıdır.
COVID-19 pandemiyası bizə elmin gücünü göstərsə də dünyadakı ədalətsizlikləri də işıqlandırdı və cəmiyyətin bütün sahələrində zəif cəhətləri üzə çıxardaraq davamlı rifah cəmiyyətlərinin yaradılmasına təcili ehtiyacın olduğunu, ekoloji məhdudiyyətləri pozmadan indiki və gələcək nəsillər üçün bərabər sağlamlığa nail olmağı nümayiş etdirdi.
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun pediatriya kafedrasında Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş seminar keçirilmişdir. Seminarda Yevlax, Gəncə, Bərdə, Qəbələ, Samux, Göranboy, Balakən rayonlarından onlayn formatda qatılan müdavimlər və ixtisaslaşma kursunda iştirak edən həkim-pediatrlar iştirak etmişlər. Kafedranın dosenti Mətanət Qaraxanova 2022-ci ildə 7 Aprel Ümumdünya Sağlamlıq Gününün “Bizim planet,bizim sağlamlığımız. Rifahlı cəmiyyətlər sağlam cəmiyyətlərdir!” şüarını səsləndirərək, ÜST-n içtimayyətin diqqətini pandemiyaya, planetin çirklənməsinə, xərçəng, astma və ürək-damar xəstəliklərinin artması şəraitində insanların sağlam olmasına və planetin sağlam saxlanması üçün lazım olan təcili tədbirlərə təşviq etməsini vurğulamışdır. O, seminar iştirakçılarına hava və suyun çirklənməsi, iqlim dəyişməsi səbəbindən dünyada ağciyər xərçəngi, astma, ürək xəstəlikləri və insult kimi xəstəliklərin yayılmasına dair ÜST məlumatlarını çatdırdı. Eyni zamanda tibbi tullantıların təhlükəsiz idarə edilməsinin hepatit B, C və digər yoluxucu xəstəliklərin profilaktikası üçün mühüm rol oynadığını da qeyd etdi.
Dosent M.Qaraxanova pediatrların qeyri-yolxucu xəstəliklərin yayılması ilə mübarizədə sağlam həyat tərzinin rolu haqqında valideynlər, yeniyetmələr və gənclər arasında aparılan təbliğatında fəal iştirak etməyə çağırdı.
Seminarda ÜST 7 Aprel Ümumdünya Sağlamlıq Gününə həsr edilən plakatlardan istifadə edilmişdir.




Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX