02.04.2022-ci il tarixində Bakıda Azərbaycan Kardiologiya Cəmiyyəti, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti, Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Türkiyə Kardiologiya Cəmiyyəti birgə ürəyin aorta qapağının xəstəliklərinə həsr olunmuş "A-dan Z-yə AORTA" adlı beynalxalq konfransını keçirmişlər. Ə.Əliyev adlna ADHTİ-nun kardiologiya kafedrasının əməkdaşları, AKC-nin İdarə Heyətinin üzvləri professor F.Ə. Quliyev, dosent K.X. Zahidova ilə yanaşı həmin kafedranın assistenti G.T. Məmmədova konfransda iştirak etmişlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş konfransın işinə 209 həkim-kardioloq qoşulmuş idi.
Konfransda Türkiyə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Şahin Şənay, Türkiyə Kardiologiya Cəmiyyətinin sədri Ertoğrul Okuyan, Azərbaycan Ürək və Damar Cərrahiyyəsinin sədri Kamran Musayevlə yanaşı t.e.d. Rəşad Mahmudov, professor Faiq Quliyev geniş məruzələrlə çıxış etmişlər.Eyni zamanda İsraildən David Planneli "Mürrəkəb TAVİ halları", Türkiyədən Məsud Dəmirin ˮTAVİ ağırlaşmalarıˮ, ATU-nun assistenti Yasmin Rüstəmovanın ˮAorta qapağının görüntüləriˮ mövzulu mühazirələri də diqqətlə dinlənilmişdir. Mühazirələrdə aortapatiyaların, infeksiyn endokarditlərin müalicəsində yeni üsullar haqqında məlumatlar verilmişdir.Sonda mövzular ətrafinda aktiv diskussiya aparılmışdır.