Əməkdaşlarımız “Tədqiqat etikası və etik komissiyaların fəaliyyəti” təlimində iştirak etdilər

05.03.2022

Son illərdə dövlətimiz tərəfindən səhiyyə sahəsində aparılan məqsədyönlü islahatlar ölkəmizdə keyfiyyət baxımından yeni səhiyyə modelinə keçid etməyə imkan yaratmışdır. Bu hadisə isə öz növbəsində müayinə və müalicə metodlarının təkmilləşdirilməsini, keyfiyyətli və beynəlxalq standartlara uyğun elmi-tədqiqat işlərinin aparılmasını nəzərdə tutur. Həmin işlərin həyata keçirilməsi tibb sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində tədqiqat etikası komissiyaların olmasını zəruri edir. Bu zaman, standart proseduralara əsaslanaraq, problemlərin həll edilməsində, eləcə də həyatın keyfiyyətini artırmaq, insanın sağlamlıq hüququnu təmin etmək istiqamətində aparılan işlər bu komissiyaların nəzarəti altında baş verməlidir.
2-4 mart 2022-ci il tarixində Bakıda “Yeni klinika”da Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və Türkiyənin Hacəttəpə Universiteti Bioetika Tədqiqat və Təlim Mərkəzinin əməkdaşlığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB tərəfindən Azərbaycanda “Tədqiqat etikası və etik komissiyaların fəaliyyəti” mövzusunda təlim təşkil olunmuşdu. Təlimdə Azərbaycanda bir çox tibbi elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən tibbi-elmi tədqiqat Etik Komissiyalarının üzvləri iştirak etmişlər.
Ə.Əliyev adına ADHTİ-nin hematologiya kafedrasının müdiri dosent Elmira Qədimova, pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli, stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Cəmil Babayev, şüa terapiyası kursu ilə şüa diaqnostikası kafedrasının assistenti Qiyas Məmmədov və ailə təbabəti kafedrasının assistenti Dinar Qəhrəmanova təlimdə institutumuzu təmsil etmişlər.
Təlimin məqsədi tibb sahəsində tədqiqat etikası istiqamətində olan problemləri həll etmək üçün tədqiqatçıları beynəlxalq araşdırma standartları ilə tanış etmək, sahə üzrə mütəxəssislərin bilik və səriştələrini təkmilləşdirmək, müvafiq təlimatlar və metodik tövsiyələr verməkdən ibarət olmuşdur. Təlim iştirakçılarına iki gün ərzində bioetika və tibbi tədqiqatlar sahəsində hüquqi münasibətləri tənzimləyən beynəlxalq səviyyədə hüquqi sənədlər, tədqiqatların etik komissiyalarına müraciət forması və dəyərləndirilmə prosesində istifadə edilən üsul və sorğular, tədqiqata çəlb olunan könüllülərin və həssas qruplardan olan insanların hüquqlarının qorunması və s. kimi məsələlər geniş şəkildə təqdim edilmişdir. Təlimin 3-cü günündə isə iştirakçılar etik komissiyaların fəaliyyətlərinə dair müxtəlif klinik variantlar üzərində kiçik qruplarda müzakirələr aparmışlar. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX