16-19 fevral 2022-ci il tarixində ECCO-nun (Kron xəstəliyi və xoralı kolit üzrə Avropa Təşkilatı) növbəti 17-ci konqresi Avstriyanın paytaxtı Vyanada pandemiya ilə əlaqədar onlayn formatında keçirilmişdir. Ölkəmizi bu tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva təmsil etmişdir.Onun “Lesions of Cytomegalovirus and Epstein-Barr virus of the proximal gastrointestinal tract in patients with Inflammatory Bowel Disease after COVID-19” və “Latent Tuberculosis: frequency of occurrence and effect on clinical, laboratory, endoscopic and morphological activity of the course Inflammatory Bowel Diseases” elmi-tədqiqat işləri üzrə cıxışları maraqla qarşılanmışdır.