24.12.2022-ci il tarixində Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə “Liv Bona Dea Hospital” klinikasında təşkil olunmuş «Vərəmin müalicə və diaqnostikasına müasir yanaşma» adlı elmi-praktiki konfrans keçirilmişdir. Konfransda Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ftiziatriya kafedrasının əməkdaşları professor Elcan Məmmədbəyov, professor Yavər Şıxəliyev və assistent, t.ü.f.d, Leyla Kazımova iştirak etmişlər. Professor Yavər Şıxəliyev konfransda kafedra əməkdaşlarının elmi işinin yekunu kimi «Azərbaycanda vərəmin epidemiologiyasının xüsusiyyətləri» mövzusunda məruzə ilə çıxış etmişdir.Məruzədə vərəmin yayılmasının regional xüsusiyyətləri haqqında ətraflı məlumat verilmiş,verilən suallar cavablandırılmışdır.