Azərbaycanda ilk dəfə olaraq «Tibbi kosmetologiya» ixtisası üzrə yenidən hazırlıq kursu başa çatdı

12.02.2022

Xəbər verildiyi kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyası ilə birgə Respublika Diaqnostika Mərkəzinin bazasında Azərbaycanda ilk dəfə olaraq «Tibbi kosmetologiya» ixtisası üzrə 6 aylıq yenidən hazırlıq kursu keçirirdi. 11 fevral 2022-ci ildə həmin kurs müvəffəqiyyətlə başa çatmışdır. Kursun məqsədi «Tibbi kosmetologiya» ixtisası üzrə fəaliyyət göstərən həkimlərin təhsil və peşə ehtiyaclarının ödənilməsi, bilik və təcrübi vərdişlərinin mənimsənilməsinin və müasir standartlara uyğunluğunun təmin olunması olmuşdur.
Kursun aparılmasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları ilə birgə Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyasının professor-müəllim heyəti Moskvadan onlayn mühazirələr oxumaqla yaxından iştirak etmişlər. Eyni zamanda kurs zamanı Bakıya ezam olunmuş Rusiya Plastik Rekonstruktiv və Estetik Cərrahlar Cəmiyyətinin üzvü, Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyasının plastik və üz-çənə cərrahiyyəsi kafedrasının assistenti t.e.n. Svetlana Viktorovna Surovıx, Rusiya Həkimlərin Fasiləsiz Təhsili Tibb Akademiyasının dermatovenerologiya və kosmetologiya kafedrasının professoru, Avropa Dermatovenerologiya Akademiyasının və Avropa Saç Tədqiqatları Cəmiyyətinin üzvü Yuliya Albertovna Qalyamova və həmin kafedranın dosenti Tatyana Aleksandrovna Sısoyeva müdavimlərə qeyri-invaziv və invaziv, həmçinin aparat metodlarından istifadə edərək müalicə prosedurlarının aparılması bacarığının öyrədilməsi ilə yanaşı sap liftinqi, fillerlər və botulinoterapiya metodlarını əyani olaraq öyrətmiş,onlarla dəri kosmetalogiyası məsələlərini araşdırmışlar. Dərslər zamanı praktik vərdişlərin öyrənilməsinə xüsusi yer ayrılmışdır.
Axırıncı gün keçirilən iclasda çıxış edən Ə.Əliyev adına ADHTİ-nun rektoru professor Nazim Qasımov kursu müvəffəqiyyətlə bitirmiş müdavimlərə gələcək işlərində müvəffəqiyyətlər arzulamış və ilk dəfə olaraq ixtisasa buraxılışı təsdiqləyən dövlət sənədi olan şəhadətnamələri onlara təqdim etmişdir.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX