Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

28.12.2021

28 dekabr 2021-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. 2021-ci ildə Ə.Əliyev adına ADHTİ-də elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında.
Məruzəçi: prorektor dosent M.T.Meybəliyev.

2. Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası üzrə C.Əhmədbəyliyə dosent elmi adının verilməsi.
3. Mamalıq və ginekologiya kafedrası üzrə S. Əkpərbəyovaya dosent elmi adının verilməsi.
4. Otorinolarinolarinqologiya kafedrası üzrə R.Həşimliyə dosent elmi adının verilməsi.
5. Müxtəlif məsələlər.

I məsələ üzrə prorektor dosent M.T.Meybəliyev çıxış edərək bildirdi ki, institutda fəaliyyət göstərir:
Əməkdaşlar - 740
Professor müəllim heyəti - 175
Akademik - 1
EA Müxbir üzvü - 2
Tibb elmləri doktoru - 47
Fəlsəfə doktorları - 97
Dosent - 42
Əməkdar elm xadimi - 10
Əməkdar həkim - 12
Əməkdar müəllim - 5

İnstitutun əməkdaşları АМЕА Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası tərəfindən təsdiq olunmuş elmi plana uyğun bir istiqamətdə elmi - tədqiqat işlərini aparır:
«Azərbaycanda əhalinin sağlamlığının mövcud durumun öyrənilməsi, risk amilləri, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası».
Bu istiqamətə uyğun 2 problem araşdırılır:
1-ci problem: «Azərbaycanda əhali arasında əsas qeyri - infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası»
2-ci problem: «Azərbaycanda əhali arasında əsas infeksion xəstəliklərinin yayılması, tibbi, sosial, iqtisadi aspektləri, proqnozlaşdırılması və profilaktikası»
24 mövzu üzrə ETİ aparılır, bunlardan 8-i patent qabiliyyətlidir. 2021-ci ildə 7 elmi-tədqiqat işi başa çatdırılıb, qalanları isə davam etdirilir.Başa çatmış elmi tədqiqat işləri:
1. “Sidik yollarının urodinamik pozğunluqlarının müasir müalicə taktikasının xüsusiyyətləri və profilaktikası” - Urologiya kafedrası 2. “Orqanların transplantasiyası əməliyyatlarının perioperativ dövrünün müxtəlif mərhələlərində anestezioloji təminatının və intensiv terpaiyanın optimizasiya üsulları”-Anesteziologiya və reanimatologiya kafedrası
3. “Xroniki böyrək çatişmazliği ilə proqram hemodializ (HD) olan xəstələrin müalicəsinə metabolik sindromun komponentlərinin təsiri”- Nefrologiya kafedrası
4. “Müştərək və uzun sümüklərin osteosntez metodlarının və alətlərin təkmilləşdirilməsi”-Travmatologiya kafedrası
5. “Azərbaycanda vərəmin epidemik vəziyyətinin xüsusiyyətləri və xəstəliyin profilaktikasının təkmilləşdirilməsi” – Ftiziatriya kafedrası
6. “Azərbaycan Respublikasında Etibarlı İstehsalat Təcrübəsinin tələblərinin işlənib hazırlanması və əczaçılıqda tətbiqi”- Əczaçılıq kafedrası
7. “Metabolizm və immun sistemdən asılı olaraq psoriazın müalicəsinin effektivliyi və gedişatının xüsusiyyətləri”- Dermatovenerologiya kafedrası.

Dərc olunmuş elmi işlər:
Monoqrafiyalar - 4
Dərsliklər - 10
Dərs vəsaiti - 8
Metodik ədəbiyyat - 6
Məqalələr - 458
Dərc olunmuş məqalələr:
Elmi məqalələr - 458
Xaricdə - 134 (o cümlədən İmpakt jurnallarda - 21)
Respublikada – 324

Ə.Əliyev adına ADHTİ üzrə 2021-ci ildə institutun kadr hazırlanmasına dair:
Doktranturaya qəbul olunub – 2 nəfər tibb üzrə fəlsəfə doktoru hazırlığı üzrə mövcud vəziyyəti nəzərə alaraq imtahanların keçirilməsini gözləyir.
Doktoranturada – 45 nəfər təhsil alır.

Beynəlxalq əlaqələr.
Türkiyənin İstanbul Universiteti, Rusiya Diplomdan sonraki Tibb Təhsil Akademiyası, Belorusiya Diplomdan sonraki Tibb Təhsil Akademiyası, Belorusiya travmatologiya və ortopediya Elmi-Praktiki Mərkəzi, Lomonosov adına Moskva Dövlət Universiteti, Ukraina Diplomdan sonraki Tibb Təhsil Akademiyası, Seçenov adına I Moskva Dövlət Tibb Universiteti, Qazaxıstan Davamlı Tibb Təhsil Universiteti, Qazaxıstan Səhiyyə Nazirliyinin “İctimai sağlamlıq Ali Məktəbi“ və Qazaxstan Al-Farabi adına Milli Universiteti ilə beynəlxalq müqavilələr əsasında əməkdaşlığımız davam edir.
FD 2.11 Dissertasiya şurasının fəaliyyəti:
Cəmi 5 dissertasiya müdafiə olunub, onlardan:
-3213.01 “Cərrahlıq” ixtisası üzrə - 2
-3215.01 “Mamalıq və ginekologiya ixtisası üzrə - 2
-3222.01 “Dəri və zöhrəvi xəstəliklər” üzrə - 1
-3202.01 “Epidemiologiya” üzrə - 1

İclasın sədri prorektor dosent Təyyar Eyvazov çıxış edərək prorektor M.T.Meybəliyev tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi və qeyd etdi ki, bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanmasında Ə.Əliyev adına ADHTİ-nin üzərinə böyük vəzifələr düşür.Bu vəzifəlri yerinə yetirmək üçün daha səylə çalışmaq, elmi - tədqiqat araşdırmaların beynəlxalq standartlara uyğun olmasını təmin etmək lazımdır.
Elmi şuranın gündəliyinin digər məsələləri dosent elmi adlarının verilməsi olmuşdur.Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX