Azərbaycan Kardiologiya Cəmiyyətinin 10-cu milli konqresi keçirilmişdir

20.12.2021

Azərbaycan Kardiologiya Cəmiyyətinin 10-cu milli konqresi keçirilmişdir.
18-19 dekabr 2021-ci il tarixində Bakı konqres mərkəzində Azərbaycan Kardiologiya Cəmiyyətinin 10-cu milli konqresi keçirilmidir. Konqresdə Azərbaycan kardioloqları ilə yanaşı Türkiyə,Rusiya,Qırğızıstandan olan nümayəndələr də iştirak etmiş,məruzələrini təqdim etmişlər.Ə.Əliyev adına ADHTİ-nu kardiologiya kafedrasının müdiri professor Faiq Quliyev və həmin kafedranın dosenti Kəmalə Zahidova, terapiya kafedrasının dosenti Samir Mehdiyev təmsil etmişlər.
Professor F.Quliyev «Nəzarət olunan arterial hipertenziyalı xəstələrdə beyin qan dövranının pozulmalarının profilaktikası»,dosent K. Zahidova Avropa Kardiologiya Cəmiyyətinin ürək çatışmazlığı üzrə yeni kliniki protokolundan məlumatlarla «Atım fraksiyası mülayım azalmış xronik ürək çatışmazlığının diaqnostikası və müalicəsi», dosenti S.Mehdiyev "Şəkərli diabet tip 2 xəstəliyi və kardioprofilaktika" mövzularında məruzələr ilə çıxış etmişlər. Məruzələr maraqla qarşılanmış, suallara cavablar verilmiş və müzakirələr aparılmışdır.
Konqresin işinin müvəffəqiyyətlə keçməsində Ə.Əliyev adına ADHTİ-nun əməkdaşları Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri professor Tofiq Cahangirovun və Cəmiyyətin sədr müavini professor İsax Mustafayevin böyük rolları olmuşdur.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX