Əməkdaşlarımız ”Bağırsaqların iltihabi və funksional xəstəlikləri” beynəlxalq konfransında çıxış etmişlər

29.11.2021

25-26 noyabr 2021-ci il tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa Kron xəstəliyi və Xoralı kolit Cəmiyyətinin (ECCO) təşkilatçılığı ilə "Bağırsaqların iltihabi və funksional xəstəlikləri" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransın açılışında ECCO presidenti Laurent Peyrin-Biroulet cıxış etmişdir və iştirakcı ölkələri təqdim etmişdir. Ölkəmizi bu mötəbər tədbirdə Ə.Əliyev adına ADHTİ terapiya kafedrasının əməkdaşları - dosent Gülüstan Babayeva və həmin kafedranın doktorantı Günay Əsədova təmsil etdilər. Hər iki əməkdaşımız onlayn formatda məruzə ilə çıxış etmişlər. Gülüstan Babayevanın «Celiac disease and inflammatory bowel diseases» və Günay Əsədovanın «Spectrum of gastric lesions in patients with inflammatory bowel diseases» mövzulu məruzələri konfransın təşkilatçıları və iştirakçıları tərəfindən böyuq maraqa dinlənilmişdir. İnteraktiv diskussiya zamanı mövzularla bağlı verilən suallara qeniş izah verilmişdir.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX