
Türk İşbirliyi və Koordinasyon Agentliyi (TİKA) səhiyyə sahəsində əldə etdiyi təcrübə və bilikləri dost ölkələrlə bölüşmək istiqamətində geniş və davamlı işlər aparır. Dünyanın 54 ölkəsində koordinasyon idarələri olan bu təşkilat səhiyyə işçilərinin bacarıqlarını artırmaq üçün bir çox proqramlar həyata keçirir. Bu istiqamətdə Türk Reanimatoloqlar Dərnəyi tərəfindən 6-9 dekabr 2021-ci ildə həyata keçiriləcək 18-ci Daxili və Cərrahi Bilimlər Yoğun Baxım E-konqresi və 10-cu Avrasya Yoğun Baxım E-toplantısına Azərbaycan həkimləri də dəvət almışlar. İştirak etmək haqqı təşkilat tərəfindən qarşılanacaqdır. Ə.Əliyev adına ADHTİ-nun ümumi cərrahiyə kafedrasının əməkdaşları bu toplantıda geniş tərkibdə iştirak edəcəklər. Ətraflı məlumatı
http://www.yogunbakim2021.org saytından əldə etmək olar.