Əməkdaşımız 38-ci Türkiyə Ulusal Gastroenteroloji həftəsində iştirak etmişdir

22.11.2021

16-19 noyabr 2021 il tarixlərində Türkiyənin Antalya şəhərində təşkil olunmuş 38-ci Ulusal Gastroenteroloji həftəsində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İstitutunun terapiya kafedrasında (dos.Babayeva G.H.), Modern Hospitalın qastroenterologiya və endoskopiya şöbəsində (dr. Mahmudov U.R.) və Milli Onkologiya Mərkəzinin invaziv diaqnostika və müalicə şöbəsində (dr. Quliyev F.V, dr.Əsədova G.V.) icra olunan elmi tədqiqatın nəticələri təqdim edilmişdir. Elmi tədqiqat Helikobakter Pylorinin uğurlu eradikasiyası olan xəstələrdə Herpes viruslarının diaqnostikasının həll olunmamış problemləri mövzusuna həsr edilmişdir. Çıxış konqresin təşkilatcılrı və iştirakcıları tərəfindən böyük maraqla qarşılanmışdır.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX