Müasir təbabətin ən innovasion metodlarından biri də qarın boşluğunda aparılan laparoskopik əməliyyatlardır. Bu əməliyyatlardan sonra ağırlaşmaların sayı azalır, bərpa müddəti qısalaraq reabilitasiya prosesini sadələşdirir, hospitalizasiya müddəti azalır və dəridə kobud kosmetik zədələr qalmır. Bu əməliyyatlara yiyələnmık üçün bir neçə ildir Respublikada ilk dəfə olaraq Ə.Əliyev adına ADHTİ-nun cərrahiyyə kafedrasında invaziv cərrahiyyə kursları keçirilir. Bu günə qədər 200-dən çox müdavim laparoskopik kurslarda iştirak etmiş, həmin əməliyyatların aparılması texnikasını öyrənmişlər. Bu zaman cərrahi əməliyyatlar mülyajların üzərində və simulyatorlarda laparaskopik alətlərin köməyi ilə icra olunur. Hal-hazırda cərrahiyyə kafedrasında 10 günlük “Laparoskopik cərrahiyyənin əsasları” kursu başlanmışdır. Təlim zamanı laparoskopik cərrahiyyənin elmi əsaslarına həsr olunmuş mühazirə və videomühazirələr oxunacaq, laparoskopik vərdişlərin öyrənilməsi, ayrı-ayrı əməliyyatların edilməsi texnikasına həsr olunmuş təcrübi məşgələlər aparılacaq və canlı əmliyyatlar nümayiş olunacaqdır. Kursda əməliyyatları daha dolğun etmək və real həyata yaxınlaşdırmaq üçün təlimlər donuz qaraciyəri və öd kisəsi üzərində də aparılacaqdır.Kursun sonunda müdavimlərə sertifikat veriləcəkdir.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.