Müdavimlər ən müasir diaqnostika və müalicə üsulları ilə tanış olurlar 09.11.2021
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında keçirilən “I-II Modul” tədris kursunda dəvət olunmuş Milli Onkologiya Mərkəzinin İnvaziv Diaqnostika və Müalicə şöbəsinin müdiri doktor Fərid Quliyev “Barret qida borusu xəstəliyinin diaqnostikası və müalicəsi” mövzusunda mühazirə ilə çıxış etmişdir. Mühazirədə Barret qida borusu xəstəliyinin invaziv endoskopik üsulları ilə (EMR-endoskopik mukozal rezeksiya, ESD-endoskopik submukozal disseksiya, APC-arqon plazma koaqulyasiyası) müalicəsi haqqında geniş məlumat verilmişdir. İnvaziv endoskopiya sahəsində olan yeniliklər həkimlər tərəfindən böyük maraqla qarşılanmışdır. Mühazirənin sonunda Milli Onkologiya Mərkəzinin İnvaziv Diaqnostika və Müalicə Şöbəsinin cərrahiyyə otagı ilə canlı bağlantı təşkil edildi. Canlı bağlantı zamanı doktor Fərid Quliyev 35 yaşlı, bir ildir sağalmayan xorası olan və həmin sahədən götürülmüş biopsiyaların nəticəsində aşağı differensasiyalı, ağır dərəcəli displaziya inkişaf etmiş qadın xəstədə endoskopik submukozal disseksiya (ESD) əməliyyatı icra etdi.
Eyni zamanda həmin kursda dəvət olunmuş “Bona Dea İnternational Hospital”ın qastroenteroloqu doktor Ruslan Məmmədov Endoskopik Ultrasonoqrafiya (EUS) müayinəsinin üstünlüklərindən, EUS müayinəsi zamanı qida borusu və mədə divarının quruluşu haqqında, qida borusu və mədənin selikaltı törəmələrinin, patoloji limfa düyünlərinin diaqnostikası və incə iynə aspirasiyası (İİA) ilə biopsiyaların götürülməsi mövzusunda geniş mühazirə ilə çıxış etmişdir. EUS müayinəsi və bu sahədə olan yeniliklər həkimlər tərəfindən böyük maraqla qarşılanmışdır.
Kursun sonunda Olympus şikətinin Azərbaycanda nümayəndəsi doktor Eldar Bayramlının “Endoskopik müayinələrdə süni intellektin tədbiqi” mövzusunda treninqi keçirilmişdir.Treninq zamanı həkimlər “EVİS XI Olympus” cihazı və onu üstünlükləri ilə yaxından tanış olmuşlar.
|
|
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.
|
|