
24 İyul 2021-ci il tarixində Amerika Klinik Endokrinoloqlar Assosiasiyası (AACE) tərəfindən qlükozanın uzunmüddətli monitorinqi mövzusunda virtual dəyirmi masa təşkil olunmuşdur. Bu müzakirəyə Azərbaycandan Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantı, ATU Tədris Terapevtik Klinikasının Şəkərli Diabet şöbəsinin müdiri Sevil Mustafayeva və Terapiya kafedrasının baş laborantı, Amerika Klinik Endokrinoloqlar Assosiasiyasının üzvü Sevil İsmayılova dəvət almışlar. Əməkdaşlarımız müzakirədə aktiv iştirak edərək, ölkəmizdə qlükozanın uzunmüddətli monitorinqinin aparılması, əldə olunmuş nəaliyyətlər, yaranan çətinliklər və s. haqda ətraflı məlumat vermişlər.