
29-30 may 2021-ci il tarixdə Nevroloqların Milli Assosiasiyası, Türkdilli Dövlətlərin Nevrologiya Cəmiyyəti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun “Nevrologiya və klinik neyrofiziologiya” kafedrası tərəfindən “Ümumdünya dağınıq sklerozla mübarizə gününə həsr edilmiş” online konfrans keçirilmişdir. Konfransda Respublikamızın dağınıq skleroz xəstəliyi ilə məşğul olan alimləri ilə yanaşı Türkiyə, Qazaxstan, Özbəkistan, Danimarka, Yunanıstan və digər Avropa ölkələri mütəxəssisləri də mühazirələrlə iştirak etmişlər. Mühazirələr dağınıq sklerozun epidemiologiyası, patogenezinin müxtəlif aspektləri, müasir diaqnostika və müalicə üsullarına həsr olunmuşdur. Mühazirələrin sonunda həkimləri maraqlandıran suallar cavablandırılmışdır.
Konfransın növbəti günü dağınıq skleroz xəstəliyindən əziyyət çəkən pasientlərə maarifləndirici məlumatlar təqdim edilmiş və xəstələri narahat edən suallara cavab verilmişdir.