
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu terapiya kafedrasında “Prediabetin diaqnostik meyarlarının təhlili və optimallaşdırılması” mövzusunda tədqiqat işi aparılır. Aparılan tədqiqat haqqında məlumat Amerika Klinik Endokrinoloqlar Assosiasiyasının 26-29 may 2021-ci il tarixində keçirilmiş konqresində “Definition of Norma / Prediabetes cut-off point for glycated hemoglobin on the basis of glucose tolerance test and fasting glucose interrelationships” adlı poster və audio səsləndirmə şəklində təqdim olunmuşdur. Tezisin müəllifləri terapiya kafedrasının əməkdaşları Sevil İsmayılova, dosent Sədaqət Sultanova, assistent Aygün Hüseynova və elmi rəhbər t.e.d.Valeh Mirzəzadədir.