12 May - Diş Əti Sağlamlığı Günüdür

12.05.2021

Gingivit, parodontit və peri-implantit dünyada yüz milyonlarla insana təsir edən qeyri-yoluxucu xroniki iltihabi diş əti xəstəlikləridir. Yayılma intensivliyinə görə dünyada 6-cı yeri tutur və 800 milyona yaxın insan (dünya əhalisinin təxminən 10%-i, yaşı 35-dən çox olan insanların 80%-i) bu xəstəlikdən əziyyət çəkir. Müalicə edilmədiyi halda dişlərin və implantların itkisinə səbəb olur, bu da insanlarda düzgün qidalanma çətinliyi, nitq qüsuru, özünə inamın azalması və həyat keyfiyyətinin aşağı düşməsi deməkdir. Baxmayaraq ki, diş əti xəstəlikləri ilə şəkərli diabet, ürək-damar xəstəlikləri, xroniki böyrək çatışmazlığı, revmatoid artrit, Alzheimer xəstəliyi, xərçəngin bəzi növləri, hamiləlik ağırlaşmaları, erektil disfunksiya və hətta Covid-19-un fəsadlarının ağırlaşmasına səbəb ola biləcəyi təsdiq edən müxtəlif elmi tədqiqatlar mövcuddur, diş əti xəstəliyi ictimaiyyət tərəfindən hələ də az tanınır. Diş əti xəstəlikləri asanlıqla diaqnoz olunur və klinik nəzarətdə saxlanıla bilir; müntəzəm və yüksək keyfiyyətli dəstəkləyici müalicə ilə müsbət kliniki nəticələrə nail olmaq olur. Bu səbəbdən ağız boşluğu sağlamlığının təmin olunaraq qorunması üçün stomatoloq və ya parodontoloqun müntəzəm ziyarət olunması, mövcud olan diş əti xəstəliklərinin müalicə olunması çox vacibdir.
Ölkəmizdə hər il 12 may günü Avropa Parodontologiya Federasiyasının təşəbbüsü, Azərbaycan Parodontologiya Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Diş əti xəstəliklərinin qarşısı alına bilər” şüarı altında Beynəlxalq Diş Əti Sağlamlığı Günü kimi qeyd olunur.Artıq 6 ildir aktiv qeyd olunan bu günün məqsədi, xüsusən yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə, insanlarda dişlər və implantlar ətrafında diş əti xəstəliklərinin ciddiyyəti haqqında ictimai məlumatlılığı artırmaq, diş əti sağlamlığının qorunub saxlanmasının və erkən diaqnostikasının vacibliyini bildirmək ilə yanaşı ürək-damar xəstəlikləri, şəkərli diabet və hamiləlik arasındaki əlaqələrin əhəmiyyətini ön plana çıxararaq gündəmə gətirməkdən ibarətdir.
Bu ilki Diş Əti Sağlamlığı Günü onlayn formatda keçirildi.Tədbirdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti,t.ü.f.d.Cavid Əhmədbəyli tərəfindən “Diş əti sağlamlığı: Diş əti xəstəliklərinin diaqnostikası və müalicəsi” mövzusunda onlayn məruzələr oxundu. Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının assistenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin vitse-prezidenti, Diş Əti Sağlamlığı Günü Milli koordinatoru Hənifə Musayeva tərəfindən Avropa Parodontologiya Federasiyasının bu günə həsr olunmuş və Azərbaycan dilində tərtib olunmuş həssas dişlər, nəfəsin xoşagəlməz qoxusu, laxlayan dişlər və siqaret istifadəsi kimi amillərin diş əti xəstəliyinin əlaməti olması və stomatoloqa ziyarətin əhəmiyyətini göstərən dörd ədəd qısa animasiya filmləri və posterlər ölkəmizdə fəaliyyət göstərən həkimlərə və ictimaiyyətə təqdim olundu.
Ətraflı: https://www.perio.az/disetisaglamligigunu



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX