Nekroloq

09.04.2021

Azərbaycan səhiyyəsinə ağır itki üz vermişdir. Тibb üzrə elmlər doktoru, Ə.Əliyev adına ADHTİ-nun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru Mahir Məmməd oğlu Əliyev 2021-ci il aprelin 8-də vəfat etmişdir.
Mahir Məmməd oğlu Əliyev 1978-ci ildə ATU-nu fərqlənmə diplomu ilə bitirdikdən sonra birillik internatura keçmiş və 1982-ci ilədək Bakı şəhərində 5 saylı stomatoloji poliklinikada, Respublika stomatoloji mərkəzində həkim-stomatoloq işləmişdir. 1982-1986-ci illərdə Moskva şəhərində SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Elmi Tədqiqat Stomatologiya institutunda məqsədli aspiranturada təhsil almış və “Клинико-морфологические и иммунологические аспекты красного плоского лишая, диагостика и принципы лечения” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
1986-cı ildə SSRİ Səhiyyə Nazirliyinin göndərişi ilə Ə.Əliyev adına ADHTİ-nun terapevtik stomatologiya kursuna assistent vəzifəsinə qəbul olunmuş, 1991-ci ildən 2017-ci ilədək həmin institutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti vəzifəsində çalışmışdır. 2011-ci ildə M.M.Əliyev “Ağız boşluğu selikli qişasının toksiki, allergik və keratoz xəstəliklərinin etio-patogeneik xüsusiyyətləri, diaqnostikası və müasir müalicə prinsipləri” mövzusunda dissertasiyasını müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsı almışdır. 2017-ci ildən stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının professoru idi.
Professor Mahir Məmməd oğlu Əliyevin tibbi kadrlarının ixtisaslaşması və təkmilləşməsində, səmərəli elmi-tədqiqat işlərinin aparılmasında böyük xidmətləri olmuşdur. O, dəfələrlə MDB və xarici ölkələrdə keçirilən qurultay, konqres və konfranslarda iştirak etmiş, əldə olunmuş yenilikləri müvəffəqiyyətlə səhiyyə praktikasına tətbiq etmişdir. M.M.Əliyev 180-dən çox elmi əsərin, 3 monoqrafiya, 3 dərslik (həmmüəllif), 9 dərs vəsaiti, 5 metodik tövsiyə, 2 patent və 4 səmərələşdirici təklifin müəllifidir.
Tanınmış alim, savadlı həkim və pedaqoq professor Mahir Məmməd oğlu Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX