Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu terapiya kafedrasında kafedra müdiri t.e.d. V.A.Mirzəzadənin rəhbərliyi altında prediabetin skrininqi, diaqnostika və idarə olunmasına dair elmi-tədqiqat işi müvəffəqiyyətlə yerinə yetirilir. Aparılan tədqiqatlar haqqında hazırlanmış məlumat Azərbaycandan ilk olaraq 20.03-23.03.2021-ci il tarixində ABŞ Endokrinologiya Cəmiyyətinin 2021-ci il Konqresində “Diabet və Metabolizm üzrə yeni mexanizmlər” bölümündə poster və onlayn canlı təqdimat şəklində qəbul olunmuş və konqresdə iştirak üçün dəvət alınmışdır. Definition of Norma / Prediabetes Cut-off Point for Fasting Glycaemia on the Basis of Glucose Tolerance Test and HbA1c Interrelationships”adlı tezisin müəllifləri Sevil İsmayılova,dosent Sədaqət Sultanova, Aygün Hüseynova olmuşlar. Elmi rəhbər kafedra müdiri t.e.d. Valeh Mirzəzadədir.
Endocrine Society 2021 Konqresində terapiya kafedrasının baş laborantı Sevil İsmayılova onlayn çıxış etmiş, 2 sertifikata layiq görülmüşdür. Həmçinin Sevil İsmayılova Endocrine Society-nin prezidenti Karol H. Vişam tərəfindən cəmiyyətin üzvlüyünə dəvət almışdır.