“Vərəmin erkən aşkarlanması, profilaktikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda seminar keçirilmişdir

15.02.2020

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ftiziatriya kafedrası 13.02.2020-ci il tarixində Bakı şəhəri 19 saylı poliklinikasında “Vərəmin erkən aşkarlanması, profilaktikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda seminar keçirmişdir. Seminarda 21 həkim iştirak etmişdir.
Seminarda vərəmin erkən aşkarlanması məqsədi ilə ilkin tibbi xidmət mərhələsində tibb işçilərinin və əhalinin sanitar maarifləndirilməsi, stiqma hallarının aradan qaldırılması istiqamətində müzakirələrin keçirilməsi, əhali arasında bukletlərin yayılması və sağlam KİV –işçilərindən istifadə olunmasının rolu müzakirə olunmuşdur. Uşaq, yeniyetmə və gənclər arasında latent vərəm infeksiyasını aydınlaşdırmaq üçün risk qruplarının seçilərək immunodiaqnostikaya cəlbi, yaşlı əhali arasında aktiv və passiv müayinə metodlarının tətbiqi, aparılan işlərin vərəmin aşkarlanmasına və xəstələnmənin intensiv səviyyəsinə təsiri göstərilmişdir. Vərəmin müalicəsində bakterioloji müayinənin rolu və onun müalicənin effektliyinə təsiri müasir müalicə sxemləri haqqında geniş izahat verilmişdir.
Seminarda Yasamal rayonunda seçilmiş risk qruplarının vərəmin aşkarlanmasına və ümumilikdə xəstələnmənin intensiv səviyyəsinə təsiri haqqında məlumat verilmişdir. Beləki, son üç ildə risk qrupları arasında aparılan məqsədli müayinələrin nəticəsində Yasamal rayonunda mono-poli davamlı xəstələrin 2,9 dəfə, ciddi dərmana davamlı formaların 12,1 dəfə azalması, müalicənin effektliyinin isə 92,3% səviyyəsinə çatması müşahidə olunur.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX