Praktiki tibbi fəaliyyətlə məşğul olan həkimlər mütəmadi olaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən həyata keçirilən təkmilləşdirmə kurslarında iştirak etməklə və toplama sistemi adı altında birləşdirilən digər fəaliyyətləri vasitəsilə öz davamlı tibbi təhsilini həyata keçirə bilər. Təhsil proqramlarının mənimsənilməsi tədris fəaliyyətini həyata keçirən müəssisələrdə müxtəlif yeni texnologiyalar vasitələrinin geniş istifadəsi ilə həyata keçirilir. Distant təhsil də davamlı tibbi təhsilin bir növüdür. Son illərdə institutun kafedralarında distant təhsilə xüsusi diqqət yetirilir.
Bu günlərdə institutun pediatriya kafedrası tərəfindən Bakı şəhərində və Tovuz rayonunda fəaliyyət göstərən pediatrlar üçün “Pediatriya modul 3-4” üzrə distant kurs təşkil edilmişdir. Tovuzda həkimlərlə praktiki məşğələlər aparmaq üçün rayona pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova və assistent İlahə İsrafilbəyova ezam olunmuş idilər.
Sonda müdavimlər distant kursların daha sərfəli və daha arzuolunan olduğunu qeyd etdilər.