Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının videokonfrans formatında növbəti iclası keçirildi

29.12.2020

29 dekabr 2020-ci il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası videokonfrans formatında baş tutdu. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. İnstitutun cari tədris ilində fəaliyyəti.
2. Oftalmologiya kafedrasının müdiri vəzifəsinə seçki.
3. Psixiatriya və narkologiya kafedrasının müdiri vəzifəsinə seçki.
4. Nefrologiya kafedrasının müdiri vəzifəsinə seçki.
5. Otorinolarinqologiya kafedrasının müdiri vəzifəsinə seçki.
6. Gigiyena kafedrasının müdiri vəzifəsinə seçki.
7. Ailə təbabəti kafedrasının müdiri vəzifəsinə seçki.
8. Müxtəlif məsələlər.

I məsələ üzrə prorektor Eyvazov T.H. çıxış edərək bildirdi ki, tədris ilinin keşmiş 4 ayı ərzində ixtisaslar üzrə təhsil proqramlarının-modulların yenilənməsi, müəllimlər tərəfindən yeni şəraitdə yeni tədris materiallarının hazırlanması və müasirləşdirilməsi, tədrisin praktikyönümlüyünün gücləndirilməsi həyata keçirilmişdir.
Təhsil proqramlarının mənimsənməsi müxtəlif yeni texnologiyalar vasitələrinin geniş istifadəsi ilə həyata keçirilir. Son aylar dünyada COVID 19 pandemiyası ilə əlaqədar baş verən olaylar bir daha göstərdi ki,distant təhsilin ölkəmizdə də inkişaf etməsi bu günün tələbidir. Dinləyici özünə uyğun zaman və məkan çərçivəsində internet vasitəsilə onlayn təlim imkanı qazanır. Bu zaman o həm distant ixtisasartırma kurslarında iştirak edə bilər, həm də sərbəst surətdə institutda yaradılmış distant tədris portalına daxil olub distant mühazirələrlə işləyə bilər. Bununla yanaşı son dövrdə distant tədrisin daha da genişləndirilməsi və daha çox həkim-mütəxəssislərin bu təhsildən yararlanmasına nail olunması üçün institutda mühazirə dərslərinin video arxivi yaradılmış və olan təlabatı nəzərə alaraq bu iş daha da sürətləndirilmişdir.
COVID 19 pandemiyası ilə əlaqədar hal-hazırki karantin dövründə tədris prosesində boşluq əmələ gəlməməsi üçün ixtisasartırma kurslarının onlayn tədrisi daha da təkmilləşdirilmiş, genişləndirilmiş və bütün kafedraları əhatə etmişdir. Dərslərin aparılmasında Zoom telekonfrans tətbiqindən istifadə olunur. Kursların sonunda həmişəki qaydada institutun rəsmi saytından şəhadətnamələrin alınması mümkündür. Onlayn kursların coğrafiyası Respublikamızın bütün bölgələrini əhatə edir. Kursların davam etdirilməsi nəticəsində həkimlərin sertifikasiya prosesinın də təşkili mümkün olmuşdur.
Sonda prorektor Eyvazov T.H. qeyd etmişdir ki,tədris ilinin keşmiş 4 ayı ərzində bütün planlaşdırılmış onlayn kurslar müvəffəqiyyətlə həyata keşirilmişdir.
İnstitutun rektoru professor N.A.Qasımov çıxış edərək prorektor T.H.Eyvazov tərəfindən nəzərə çatdırılan məsələlərə öz münasibətini bildirdi və qeyd etdi ki, bu gün səhiyyə sisteminin modernizasiyası və innovasion inkişafı şəraitində istifadə edilən tibbi texnologiyaların, müasir diaqnostika, müalicə, profilaktika və reabilitasiya metodlarının kliniki, sosial və iqtisadi effektliliyini təmin edə bilən tibbi kadrlara böyük ehtiyac duyulur. Belə yüksəkixtisaslı mütəxəssislərin hazirlanması üçün institut əməkdaşları bütün texniki vasitələrdən və innovasion texnologiyaların verdiyi imkanlardan maksimum yararlanaraq tam həçmdə fəaliyyətlərini davam etdirirlər. Distant təhsilin bütün formalarının istifadə imkanlarının həkimlər üçün əlçatanlığı təmin edilmiş və bu iş mütəmadi olaraq aparılaraq pandemiya dövründə institut qarşısında qoyulmuş bütün vəzifələrin layiqincə yerinə yetirilməsinə və ən əsası Davamlı Tibbi Təhsilin fasiləsizliyinə nail olunmuşdur.
Elmi şuranın gündəliyinin digər məsələləri oftalmologiya, psixiatriya və narkologiya, nefrologiya, otorinolarinqologiya, gigiyena və ailə təbabəti kafedralarının müdiri vəzifəsinə seçkilər olmuşdur. Onların onlayn müzakirəsindən və müvafiq gizli səsvermə proqramı tətbiq edilən prosedurundan sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.


Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX