Gəncə şəhərində stomatoloqlar üçün səyyari kurs keçirildi

23.01.2020

13-22 yanvar 2020-ci il tarixində Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası Davamlı Tibbi Təhsil programına uyğun olaraq Gəncə şəhəri Səhiyyə İdarəsində stomatoloqlar üçün səyyari kurs keçirmişdir. Kursda Gəncə şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı yaxın bölgələrdən olan həkim-stomatoloqlar da iştirak etmişlər.
Kursun əsas məqsədi müdavimləri stomatologiyanın aktual məsələləri ilə tanış etmək, onların dişlərin və diş əti sağlamlığının qorunub saxlanmasına, ağız boşluğu xəstəliklərinin erkən aşkarlanmasına dair bilik və praktik bacarıqlarının təkmilləşdirilməsi olmuşdur. Dərslərdə eyni zamanda stomatoloji xəstələrdə dişlər və implantlar ətrafında diş əti xəstəlikləri haqqında ictimai məlumatlılığı artırmaq, hamiləlik, şəkərli diabet və ürək-damar xəstəlikləri zamanı qarşıya çıxan problemləri həll etmək yolları araşdırılmışdır.
Dərslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları dosent Cavid Əhmədbəyli və dosent Rahim Qarayev tərəfindən aparılmışdır.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX