Ə.Əliyev adına ADHTİ-nun əməkdaşları ÜST-nin "Təlimçilər üçün təlim" treninqlərində iştirak edirlər

12.08.2020

Xəbər verildiyi kimi Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən həyata keçirilən "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsi bir neçə vaxtdır Azərbaycanda da fəaliyyət göstərir. Layihənin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətlərin qarşısını almaq, onlara hazırlıq və mübarizə imkanlarının gücləndirilməsi yollarını göstərməkdən ibarətdir. Həmin layihənin birinci mərhələsi çərçivəsində "Təlimçilər üçün təlim" treninqləri ölkəmizdə intensiv surətdə davam etdirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ə.Əliyev adına ADHTİ və ATU-nun əməkdaşları bu treninqlərə cəlb olunmuşlar. Göstərilən məsələlərin praktiki həkimlərə daha çox aid olduğu nəzərə alınaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tədris bazasından və imkanlarından daha geniş istifadə etmək planlaşdırılır. Artıq tədris proqramlarında müvafiq dəyişikliklər edilmiş, institut tərəfindən tədris prosesini təkmilləşdirmək üçün yaradılmış ölkəmizin qruplaşdırılmış rayonlarından ibarət 10 zonası üzrə bölgülər aparılmışdır.
Treninqlərdə Ə.Əliyev adına ADHTİ-nun prorektor Təyyar Eyvazov başda olmaqla 16 əməkdaş təmsil edir.


ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX