1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi Respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq paytaxt sakinləri və bölgələrdən gələn insanlar Şəhidlər xiyabanına axışır, bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad edirlər.
Ə.Əliyev adına ADHTİ-nin professor-müəllim heyəti də rektor professor N.A.Qasımovun rəhbərliyi ilə 20 Yanvar faciəsi nəticəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanında oldular. Onlar şəhidlərin qəbirlərini ziyarət edib, qərənfillər düzdülər.
ONLAYN JURNAL
"Tibb və Elm" Əziz Əliyev adına elmi-praktiki jurnal. Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.