Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həmin infeksiyanın müalicəsi və ona qarşı əks-epidemik tədbirlər haqqında ana dilimizdə hazırlanmış rəhbərliklər həkimlərin və orta tibb işçilərinin gündəlik praktik fəaliyyətində çox faydalı olacaqdır. Beləki, həmin rəhbərliklərdə pandemiya şəklində yayılan COVİD-19 koronavirusu haqqında bu günə qədər məlum olan bütün məlumatlar verilmişdir.
Rəhbərliklərlə institutun saytında tanış olmaq mümkündür.