6-7 Mart 2020-ci il tarixində İrlandiyanın paytaxtı Dublində Avropa Parodontologiya Federasiyasının və İrlandiya Parodontologiya Cəmiyyətinin təşkilatçılığı ilə “Dişlər və implantlar ətrafında estetik sərt və yumuşaq toxuma rekonstruksiyası” mövzusunda klinisist mütəxəssislər üçün 3-cü Perio Master Klinik beynəlxalq konfrans keçirilmişdir.
Bu tədbirdə ölkəmiz Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti Cavid Əhmədbəyli tərəfindən təmsil olunmuşdur.