15 fevral 2020-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Avropa Tireodologiya Assosasiyası, Azərbaycan Respublikası Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosasiyasının təşkilatçılıgı ilə Bakı şəhərində "Tireodologiyada yeniliklər" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Konfransı Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının müdürü, t.e.d. Valeh Mirzəzadə açdı. Sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Qənnadi Babək-Salek “Azərbaycan Respublikasında tiroid vəzinin xəstəliklərinin probleminə dair” məlumatı təqdim etdi. Daha sonra professor Goerge Kahaly (Almaniya) “Tiroid vəzinin və autoimmun xəstəliklərin qarşılıqlı əlaqəsi” mövzusunda çıxış etdi. Professor Əziz Əliyev (Azərbaycan) “Azərbaycan Respublikasında tiroid xərçəngi probleminin vəziyyəti haqqında” məruzə etdi. Növbəti çıxış terapiya kafedrasının müdürü, t.e.d.,Valeh Mirzəzadə və asistenti Aygün Hüseynovanın “Dünyada və Azərbaycanda tireodologiya tarixi” mövzusunda olmuşdur. Professor Cris Poppe (Belçika) “Tiroid vəzinin və qadın sonsuzluğu” barədə ətraflı məlumat vermişdir. Daha sonra professor Petros Perros (İngiltərə) “Subklinik tiroid disfunksiyası və təsadüfən tiroid nodülləri” mövzusu ilə çıxış etdi. Sonda terapiya kafedrasının assistenti t.ü.f.d. Orucova Səbinə “Hipertireoz sindromu” mövzusunda məruzəsini dinləyicilərin nəzərinə çatdırdı.
Məruzələr ətrafında müzakirələr aparıldı, mühazirəçilərə çoxsaylı suallar verildi.