Ə.Əliyev adına ADHTİ-nin Elmi Şurasının iclası keçirildi

29.03.2019

29 mart 2019-cu ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İclasın gündəliyi aşagıdakı kimi olmuşdur:

1. Ə.Əliyev adına ADHTİ-nin 85-illik yubileyinə hazırlıq barədə.
2. Ftiziatriya kafedrasının müdiri vəzifəsinə seçkilər.
3. Mamalıq və ginekologiya kafedrasının müdiri vəzifəsinə seçkilər.
4. Mamalıq və ginekologiya kafedrasının professoru vəzifəsinə seçkilər.
5. Terapiya kafedrasının professoru vəzifəsinə seçkilər.
6. Müxtəlif məsələlər.

İclasın əvvəlində institutda yaranmış ənənəyə görə rektor professor N.A.Qasımov institutun tibb üzrə alimlik adları və dərəcələri almış əməkdaşlarına müvafiq diplomları təqdim edərək onları təbrik etdi.
I məsələ üzrə rektor professor N.A.Qasımov çıxış edərək bildirdi ki, institutun 85 illik tarixi ölkəmizdə səhiyyənin inkişafı ilə üst-üstə düşür. Beləki, Azərbaycan səhiyyəsində həyata keçirilən bütün tədbir və quruculuq işlərində institutun kollektivi və ya burada təhsil alıb bir mütəxəssis kimi yetişmiş şəxslər aktiv iştirak etmışlər. İnstitutun yaradılması Respublikanın səhiyyəsi üçün üç vacib məsələnin həllinə köməklik etmişdir: Birincisi - institutun bazasında yüksək ixtisaslı mütəxəssislər toplanaraq sonralar ölkənin məşhur tibb alimlərinin formalaşmasına şərait yaratmışdır.
Respublikanın adlı-sanlı həkim alimləri S.M.Hacıqasanov, M.X.Yaqubov, M.N.Mirsəlimov, M.R.Nəzirov, J.A.Babayev, Ş.S.Xalfen, S.X.Nəzərli, L.N. Ləmbəranski, M.İ.Lurye, İ.İ.Şakov, A.D.Mustafayev, M.Ə.İbrahimov, S.M.Qusman, M.Q.Hüseynov, M.D.Kaclayev, A.M.Nəsirov və s. məhz bu dövrdə fəaliyyətə başlamışlar. İnstitutun formalaşmasında və tanınmış elm-təhsil ocağına çevrilməsində bir çox görkəmli alimlərin böyük rolu olmuşdur. ADHTİ-nin tarixinin bir çox şanlı səhifələri Əziz Məmmədkərim oğlu Əliyevin adı ilə bağlıdır. 1962-ci ildə Əziz Əliyevin əbədi xatirəsi və böyük əməyinə olan məhəbbət ifadə olunaraq instituta onun adı verilmişdir. Sonralar akademik M.C.Cavad-zadənin rəhbərliyi altında institut inkişaf edərək keçmiş Sovetlər Birliyində tanınmış ali təhsil ocağına çevrilmişdir. Azərbaycan EA həqiqi üzvü, əməkdar elm xadimi Zərifə Əziz qızı Əliyevanın oftalmologiya elminə verdiyi böyük və sanballı töhfələr onun məhz Ə.Əliyev adına ADHTİ-da çalışdığı illərə təsadüf edir. İkincisi - institutun əsas kafedralarının Bakının iri xəstəxanalarında yerləşdirilməsi nəticəsində elmlə təcrübənin vahid istiqamətdə fəaliyyəti təmin edilmiş və həmin xəstəxanalar ölkə əhalisinə ixtisaslı tibbi yardım göstərən mərkəzlərə çevrilmişlər. Üçüncüsü - yarandığı ilk illərdən başlayaraq institut Respublika üçün minlərlə yüksək ixtisaslı həkim mütəxəssislər hazırlamışdır.
İnstitutda aparılmış eimi-tədqiqat işləri keçmiş Sovetlər İttifaqında və müasir tibb dünyasında yenilik kimi tanınmış, təbabət tarixinə şanlı səhifələr kimi daxil olmuşdur. İnstitut əməkdaşlarinin şəfa verdiyi on minlərlə xəstələr ölkəmizin və xalqımızın rifahı üçün çalışmış və indi də çalışırlar. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu öz 85 illik yubileyini tam yaradıcılıq gücü ilə qarşılayır, ixtisaslı həkim və provizor mütəxəssislərinin peşə səviyyəsinin yüksəldilməsinə, elmi-təcrübi işlərin yaxşılaşmasına, əhaliyə yüksək səviyyədə tibb yardımının göstərilməsinə çalışır. Ənənələr bu gün də davam etdirilir, institut durmadan yeniləşdirilir. Bütün sahələrdə irəliləyişlər var. Elmi-pedaqoji, müalicə və elmi kadrların yetişdirilməsi məsələləri institut rəhbərliyinin daimi diqqət mərkəzindədir. İnstitutun beynəlxalq əlaqələri genişlənir, Rusiya Federasiyası Diplomdansonrakı Təhsil Akademiyası, Türkiyə Cumhuriyyəti İstanbul Universiteti, Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası, Qazaxıstan Davamli Tibbi Təhsil Universiteti, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Ali Səhiyyə Məktəbi və bir çox başqa tanınmış təhsil ocaqları ilə qarşılıqlı əlaqə haqqında sazişlər imzalanmışdır.Ona görə də institutun 85 illik yubileyinə həsr olunmuş tədbirlər yüksək səviyyədə keçirilməli, əldə olunan nailiyyətlər tam şəkildə təqdim olunmalıdır.
Sonra prorektor dosent T.H.Eyvazov çıxış edərək şura üzvlərinə yubiley tədbirlərini keçirmək üçün yaradılan təşkilat komitəsinin tərkibini,institutun 85 illik yubileyinə həsr olunmuş filmin çəkilişində nəzərə alınmalı hadisələr siyahısını çatdırdı.Bu məsələlər müzakirə olunub təsdiq edildi.
Elmi şuranın gündəliyinin digər məsələləri ftiziatriya və mamalıq və ginekologiya kafedralarının müdiri, terapiya və mamalıq və ginekologiya kafedralarının professoru vəzifəsinə seçkilər olmuşdur. Onların müzakirəsindən və təsdiqindən sonra institutun cari məsələlərinə baxılmışdır. Bununla da Elmi Şura öz işini başa çatdırmışdır.



Hörmətli dostlar!
Azərbaycanın və keçmiş Sovet məkanının qocaman ali tibb təhsil müəssisələrindən biri olan institutun saytına xoş gəlmisiniz.

Bizim institut 80 ildir ki, milli səhiyyənin, ümumilikdə ali tibb təhsilinin inkişafını, həkimlərin ixtisaslaşma və təkmilləşdirməsini müvəffəqiyyətlə təmin edir. İnstitut həkimlərin tibb təhsilində biliklərinin yüksəlməsi, fundamental təbabətin yeni nailiyyətlərinə yiyələnməsi, kliniki təcrübəyə diaqnostikanın müasir üsullarını tətbiq etməsinə nail olmağı öz üzərinə vəzifə kimi götürür. Bunlar da XXI əsrdə inkişaf edən təbabət elminin ayrılmaz atributları sayılır. İnstitutun ilk rektorları professor V.A. Tarnoqradski, M.M. Əfəndiyev və B.A. Ağayev olmuşdur. İnstitutun dirçəlməsində akademik Əziz Əliyevin böyük rolu olmuşdur. Kollektivin vəsadəti ilə Nazirlər Kabinetinin qərarı əsasında 1962-ci ildən institut onun adını daşıyır. Bu müddətdə M. Məmmədov, M.X. Yaqubov, S.M. Qusman, İ.İ. Lukov, S.Q. Şteyn, N.M. İsrafilova, P.P. Popov, S.İ.Vəlixan və s. kimi Azərbaycan təbabətinin istedadlı, yüksək ixtisaslı həkim kollektivi formalaşmışdır.

Davamını oxu



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX