14-16 mart 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin “Daha yaxşı gələcək quraq” şüarı altında 1-ci Beynəlxalq Elmi Konqresi keçirilmişdir. Konqresdə yerli tibb qurumların nümayəndələri ilə yanaşı ABŞ, Rusiya, Tailand, Niderland, Almaniya, Birləşmiş Krallıq, İran, Türkiyə, İtaliya, Hindistan, Almaniya və Gürcüstandan tibb elmi məktəblərinin tanınmış mütəxəssisləri və alimləri iştirak etmişlər.
400-dən çox mütəxəssisin qatıldığı bu tədbirdə Azərbaycan Parodontologiya Cəmiyyətinin prezidenti, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Cavid Əhmədbəyli “İmplantlar ətrafında iltihabi diş əti xəstəliklərinin müalicəsində oral probiotiklərin tədbiqi” mövzusunda məruzə ilə cıxış etmişdir. Həmin məruzədə implantlar ətrafında diş əti xəstəliklərinin yayılması, diaqnostikası, müalicəsi və profilaktikası ilə yanaşı bu sahədə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun stomatologiya və üz-çənə cərrahiyyəsi və İstanbul Altınbaş Universitetinin parodontologiya kafedralarının əməkdaşlığı ilə aparılan elmi təqdiqatın nəticələri təqdim olunmuşdur.