Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfrans keçiriləcəkdir

03.12.2019

2020-ci ilin yanvar ayında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Məmmədkərim oğlu Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransın materiallarının məcmuəsi dərc olunacaqdır.Məqalələr və tezislər azərbaycan, rus və ya ingilis dillərində 25 dekabr 2019-cu il tarixinə kimi qəbul edilir. Məqalələrin həcmi 3, tezislərin həcmi isə1səhifədən çox olmamalıdır: A4 formatda, boş sahələr hər tərəfdən 2,5 sm, şrift 14, Times New Roman, interval 1 şərtlərinə cavab verməlidir. Məqalələr və tezislər çap şəklində (bir nüsxə) və elektron (CD) variantında, məqalələrin xülasəsi ilə birgə təqdim olunmalıdır.

Ünvan: AZ1012, Bakı şəhəri, Tbilisi prospekti, məhəllə 3165, ADHTİ.
Elmi işlər üzrə prorektor dosent M.T.Meybəliyev. Telefon: (+994)12 4310182.
E-mail: aadhti@mail.ru



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX