Ə.Əliyev adına ADHTİ-da «Qeyri-infeksion xəstəliklərin profilaktikası» beynəlxalq elmi-praktiki konfransı keçirildi

23.11.2019

22 noyabr 2019-cu il tarixində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunda Rusiya Federasiyası Səhiyyə Nazirliyi Milli Tibbi Tədqiqat Profilaktik Təbabət Mərkəzi əməkdaşlarının iştirakı ilə birlikdə "Qeyri-infeksion xəstəliklərin profilaktikası" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Ə.Əliyev adına ADHTİ-nin elmi işlər üzrə prorektoru dosent M. Meybəliyev açaraq bildirdi ki, konfrans qeyd edilən müəssisələr arasında 2016-2020-ci illəri əhatə edən elmi əməkdaşlığa dair bağlanmış memorandum əsasında həyata keçirilir. Prorektor qeyri-infeksion xəstəliklərlə mübarizənin əhəmiyyətindən danışdı, bu xəstəliklərin müalıcəsinin mühüm sosial-iqdtisadi əhəmiyyət kəsb etdiyini vurğuladı.
Konfransa sədrlik edən terapiya kafedrasının professoru N.Fərəcova çıxış edib bildirdi ki, bu sosial əhəmiyyətli xəstəliklərə multifaktorial yanaşmaqla onlardan baş verən ölümün sayını, əlillik göstəricilərini və dövlət büdcəsindən xərclənən vəsaitləri əhəmiyyətli dərəcədə azaltmaq olar.
Sədr sonra sözü Rusiya Federasiyası Səhiyyə Nazirliyi Milli Tibbi Tədqiqat Profilaktik Təbabət Mərkəzinin əməkdaşlarına verdi. Professor M.N.Mamedov "Коморбидность хронических неинфекционных заболеваний: стратегия многофакторной профилактики", professor D.V.Nebieridze "Актуальные вопросы диагностики и лечения артериальной гипертонии: как обеспечить максимальное снижение риска осложнений?", t.ü.f.d. Y.A.Balanova "Факторы риска хронических неинфекционных заболеваний. Состояние проблемы.", professor N.M.Axmedcanov "Современные принципы антиатерогенной терапии" mövzusunda məruzələrlə çıxış etdilər.
Konfransın ikinci hissəsində Ə.Əliyev adına ADHTİ-nin terapiya kafedrasının əməkdaşları professor İ.İ.Mustafayev "Rezistent arterial hipertenziya", professor N.A.Fərəcova "Ağciyərlərin xroniki obstruktiv xəstəliyi: aktual sosial-iqtisadi problemin müasir vəziyyəti", dosent S.X. Mehdiyev "Şəkərli diabet tip 2 Azərbaycan kohortasında hədəf orqan zədələnmələrinin xüsusiyyətləri: kliniki-epidemioloji tədqiqatın nəticələri" mövzusunda məruzələrlə çıxış etdilər.
Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı, sonda konfrans iştirakçılarının çoxsaylı suallarına cavab verildi, müzakirələr aparıldı. Məruzəçilər və iştirakçılar bu istiqamətdə aparılan elmi-praktik konfransların vacibliyini, birincili və ikincili profilaktika tədbirlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq belə tədbirlərin mütəmadi olaraq keçirilməsini arzuladılar.



ONLAYN JURNAL


"Tibb və Elm"
Əziz Əliyev adına elmi-praktiki jurnal.

Tibb sahəsinin bütün bölmələri üzrə orijinal məqalələr qəbul edilir.





Copyright © , Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu



Saytın hazırlanması: Proqres IPX